Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün döyüş generalının doğum günüdür



Mais Şükür oğlu Bərxudarov Qubadlı rayonunda dünyaya göz açıb. Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Torpaqlarımıza qarşı erməni təcavüzü onun yolunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib.



Təhsil aldığı vaxtlar kiseyin rəisi olmuş general Valeh Bərşadlının M.Bərxudarovun gələcək taleyinə birbaşa təsiri olub. 1993-cü ildə o və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir və beləcə Mais Bərxudarovla digər kursantlar fikirlərindən daşınaraq təhsillərini davam etdirirlər.

Aprel döyüşlərində Mais Bərxudarov əsgər və zabitlərimizin önündə döyüşlərdə iştirak edib. Məlumata görə, korpus komandiri olan general döyüşlər başlayan kimi, özü də əsgərlərlə birgə, döyüşlərdə fəal iştirak edib. Müharibə şahidlərinin danışdıqlarına görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla, bütün əsgərlərini döyüşə çağırıb. Generalın tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Ən maraqlısı isə döyüşə girən əsgər və zabitlərimizi ruhlandıran general-mayor M.Bərxudarovun tanka necə sarılaraq "İrəli!!!" komandası verməsi olub.



Ulu Öndər Heydər Əliyev tərəfindən Mais Bərxudarov xüsusi şücaətə görə, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. Heydər Əliyev ona "Azərbaycan Bayrağı" ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə etdim.

Prezidentə təşəkkürünü bildirən zabitimiz icazə alaraq Ulu Öndərə təşəkkür edərək deyir: "Cənab prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin icazə versəydiniz, mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlayasız. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur..."

Qeyd edək ki, Mais Bərxudarov Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən ona general-mayor rütbəsi verilmişdir.



2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı, və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.



Bu gün döyüş generalının doğum günüdür. Bu münasibətlə BrendSport.az saytı olaraq cənab generalı təbrik edir, ona bundan sonrakı şərəfli işində uğurlar arzulayırıq.

Tanrı ordumuzu qorusun.

Qarabağ Azərbaycandır!


















Facebook-da paylaş

Xəbəri paylaş