AHİK ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar aztəminatlı ailələrə sovqat göndərəcək
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və Prezident İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq, həmin kateqoriyaya daxil olan ailələrə sovqat paylanması qərara alınıb.
AHİK-in mətbuat xidmətindən BrendSport.az -a bildiriblər ki, qərara əsasən, 76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5000 ailəyə ərzaq sovqatı göndəriləcək.
Qeyd edək ki, 2020-ci il aprelin 29-da və bu il martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası maddi və mənəvi yardım məqsədilə respublikanın bütün şəhər və rayonlarında yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatı çatdırıb.
Facebook-da paylaş