Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Biləsuvarda velosiped yarışı keçirilib



Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Biləsuvar rayonunda həvəskar velosipedçilər arasında yarış keçirilib.

BrendSport.az saytı xəbər verir ki, Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 150-yə yaxın velosipedçi iştirak edib.

Start və finiş xətti Heydər Əliyev prospektində olan yarışda velosipedçilər 16,5 km məsafə qət ediblər. Fərqlənən idmançılar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və AzVİF-in baş katibi Fərhad Əliyev tərəfindən medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.

































Facebook-da paylaş

Xəbəri paylaş