"Şerif"in baş məşqçisi: ""Qarabağ"ın möhtəşəm oyunu sayəsində uduzduq"
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" "Şerif"i 3:0 hesabı ilə yenərək qrup mərhələsinə adlayıb.
Matçdan sonra Moldova təmsilçinin baş məşqçisi Qoran Sabliç oyun haqda bunları söyləyib.
"Qarabağ"ı təbrik edirəm. Bu gün güclü rəqibə uduzduq. Bunu əvvəlcədən bilirdik. İlk hissəni bərabərə bitirmək istəyirdik. Amma oyunçularımda özünəinam çatmadı. İkinci hissədə nisbətən yaxşı oynadıq. Erkən qol buraxmağımız hər şeyi korladı. Sonadək mübarizə aparmağa çalışsaq da, nəyisə dəyişdirə bilmədik.
"Qarabağ"ın möhtəşəm oyunu sayəsində uduzduq. Layiqli qələbə qazandığınız. Bəhanə axtarmağa gərək yoxdu. Ötən mövsüm Çempionlar Liqasının qrupunda oynamış komandaya uduzduq. Səfərdə qol vurmağa ümid edirdik, amma bu mümkün olmadı. Səviyyə fərqi özünü göstərdi. Nəsə deməyin heç bir əhəmiyyəti yoxdu. Oyun zamanı qol vurmaq lazım idi.
İlk oyundan sonra "Qarabağ" bizi təəccübləndirmədi deməmişəm. Bilirdik ki, rəqibin heyətində oyunun taleyini həll edə biləcək futbolçular çoxdu. Bunu demişəm və "Qarabağ" haqda tərif söyləyə bilərəm.
Oyundan sonra Qurban Qurbanovu təbrik etdim və qrup mərhələsində uğurlar arzuladım. Ötən mövsüm də "Qarabağ"ı izləyirdim. Bu komandaya həmişə simpatiyam olub. Çalışacağıq ki, gələn mövsümə daha yaxşı hazırlaşaq".
Facebook-da paylaş