"Taekvondo insanı güclü və nəzakətli edir"
İsmayıl Səmədov 2005-ci ildə Ağsu rayonunda anadan olub. Hazırda Şamaxi şəhər 6 nömrəli tam orta məktəbin 8 C şagirdidi.
Taekvondo idman növü ilə məşğul olur. Bu yaxınlarda taekvondo üzrə Sumqayıtda keçirilən şəhər açıq birinciliyində 33 kq çəki dərəcəsində çempion olub.
İsmayılın ən böyük arzusu isə həkim olmaqdır.
- Taekvondo mənim sevdiyim idman növüdü. Taekvondo insanı güclü və nəzakətli edir. Arzum budur ki, dövlətimizin himnini beynəlxalq arenalarda səsləndirə bilim.
Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi
Facebook-da paylaş