"Neftçi" 3 qolla qələbə qazandı - VİDEO
“Neftçi” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Bakıda Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşıb.
Saat 21:00-da başlayan qarşılaşma yeni baş məşqçisi Roberto Bordinin “Neftçi”də ilk rəsmi oyunu idi. Görüşdə hesabı qonaqlar açsa da, "Neftçi" üstünlüyü ələ alaraq 3:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, “Neftçi” bu rəqibini keçsə, 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
12 iyul
I təsnifat mərhələsi, ilk oyun
21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) - 3:1
Qollar: Daniel Naqu, 9 (0:1), Baqali Dabo, 23 (1:1), 71 (2:1), Emin Mahmudov, 90+3 (3:1)
Bakı. “Dalğa Arena”
Facebook-da paylaş