Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yığmamız Portuqaliyada vahid liderə çevrilə bilər - AFİŞA

Yığmamız Portuqaliyada vahid liderə çevrilə bilər -

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında növbəti oyunlar keçiriləcək. Azərbaycan millisi V turun qarşılaşmasına səfərdə çıxacaq.

Komandamızın rəqibi Portuqaliya voleybolçuları olacaq. Matozinyuşda baş tutacaq qarşılaşmanın çətin keçəcəyi gözləniləndi. Çünki rəqib hələ xal qazanmadığından sonadək döyüşəcək. Onlar ən azı Bakıdakı kimi 1 setdə də olsa belə sevinc yaşamaq arzusundadılar.

Lakin təmsilçimizin buna imkan verəcəyi inandırıcı görünmür. Komandamız portuqaliyalıları "quru hesab"la məğlub etməyə çalışacaq ki, yekunda set fərqində əleyhimizə işləməsin. Həmçinin yığmamız hesabat turunda güclü Bolqarıstana qalib gəldiyindən düşərgədə yüksək əhval-ruhiyyə var. Buna görə də qələbəni asan qazanacağımızı proqnozlaşdırmaq mümkündü. Komandamızı isə bolqarlarla görüşdəki kimi, meydana yenə Famil Ağayev çıxaracaq. Müalicə olunan Faiq Qarayev səhhəti ilə bağlı səfərə yollana bilməyib.

Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qəbul edəcək. Bu görüşdə qonaqlar xal itirəcəyi, Azərbaycan isə Portuqaliyaya 3:0 və ya 3:1 hesabı ilə qalib gələcəyi halda, komandamız vahid lider olacaq. Yaxud bolqarlar 3:1, Ağayevin yetirmələri 3:0 hesabı ilə qələbə qazanarsalarsa, top fərqinə görə birinci yerə yüksələ bilərik.

Qızıl Avropa Liqası

A qrupu

V tur

2 iyun

18:00. Portuqaliya - Azərbaycan




Facebook-da paylaş

Xəbəri paylaş