Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimiz Bolqarıstana qalib gəldi



Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II dövrəyə start verilib. Azərbaycan millisi IV turda Bolqarıstanı qəbul edib.

Qrupda son ev qarşılaşması yığmamız üçün xüsusi əhəmiyyətli idi. Çünki komandamız səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını ala bilməsə, liderlik şansından, demək olar ki, çəkiləcəkdi. Bu da voleybolçularımıza növbəti mərhələyə keçmək yolunda böyük əngəl ola bilərdi.

Amma Faiq Qarayevin yetirmələri buna imkan verməyib. Rəqibi qarşısında üstün oyun sərgiləyən komandamız 3:1 hesablı qələbə ilə səfərdəki məğlubiyyətin revanşını alıb.

Matçın ən yaxşısı Katerina Jidkova olub. Milli üzvü qələbəyə 20 xalla töhvə verib.

Onu komanda yoldaşı Yelizaveta Səmədova izləyib – 18 xal.

“Katya” ən çox hücum xalı toplayan voleybolçu kimi də fərqlənib. Jidkova rəqibi 17 dəfə hücumda məyus edib.

Matçın ən yaxşı qəbuledicisi Yelizaveta Səmədova (45%), ən yaxşı blokçusu isə Olena Həsənova olub (8 blok).

Bolqarıstanın heyətində Gerqana Dmitrova 17 xalla komandasının ən məhsuldar oyunçusu olub.

Qeyd edək ki, 4 oyundan sonra 3 qələbə qazanan millimizi 9 xalla qrupda 2-ci pillədə qərarlaşıb.

Onu da xatırladaq ki, qrupdakı digər oyunda Ukrayna Portuqaliyaya qalib gəlib - 3:1.

Qızıl Avropa Liqası

A qrupu

IV tur

30 may

Azərbaycan - Bolqarıstan - 3:1 (25:20, 23:25, 25:21, 25:21)




Facebook-da paylaş

Xəbəri paylaş