Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məktəblilərimiz 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında qələbə qazanıblar

Məktəblilərimiz 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında qələbə qazanıblar

Sloveniyanın Portoroz şəhərində keçirilən 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında Azərbaycan 4 məktəbli ilə təmsil olunub.

BrendSport.az saytının Gənclər Şobəsi
xəbər verir ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə həvəsləndirici mükafat sertifikatına layiq görülüblər.
Fidan Qarayeva mümkün 42 balı toplamaqla yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub.
Qeyd edək ki, olimpiadada 57 ölkədən 213 məktəbli iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş