Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı başa çatıb
Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclərin qılıncoynatma üzrə dünya çempionatı başa çatıb.
BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, gənc qız şpaqaçıların komanda yarışında Aynur Quliyeva, Xədicə Həsənli, Azərin İdrsizadə və Nazilə Rəhimovadan ibarət kollektiv ilk görüşündə İsveçrə yığma komandasına qalib gələrək ən güclü 16-lığa yüksəlib.
Millimiz dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə Ukrayna seçmə kollektivinə 28:45 hesabı ilə uduzub.
Oğlan və qız şpaqaçılarımız şəxsi yarışda 64-lüyə yüksələ bilməyib.
Facebook-da paylaş