Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Çinin sikkə sənəti” - ADU-da tələbə seminarı

“Çinin sikkə sənəti” - ADU-da tələbə seminarı

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun “Çin cəmiyyəti və mədəniyyəti” onlayn mühazirə işi çərçivəsində “Çinin sikkə sənəti” adlı elmi tələbə seminarı keçirilib.

BrendSport.az
xəbər verir ki, seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çində sikkə və pul dövriyyəsinin tarixindən, Qədim Çində Şan sülaləsi dövründə əmtəə mübadiləsində ilk vasitə kimi kauri balıqqulaqlarından istifadə olunmasından danışıb. O, həmçinin bürüncdən kənd təsərrüfatı və musiqi alətləri formasında Çin sikkələrinin hazırlanması texnikasından, Çində 700 il ərzində istifadə olunmuş kvadrat dəlikli, yuvarlaq formalı məşhur 5 şu sikkəsindən bəhs edib.

Universitetin çinşünas tələbələri Sin sülaləsi dövrünün “yarım-lyan” sikkələrinin üslubi xüsusiyyətləri, Xan sülaləsi dövrünün bıçaq formalı, qızıl suyuna çəkilmiş sikkələri, üzərində Tan dövrü heroqlifləri təsvir olunan, bir “tsyan” ağırlığında sikkələr, imperatorların hakimiyyət şüarını əks etdirən Sun dövrü sikkələri üzərindəki xəttatlıq nümunələri, ikidilli gümüş Tibet-Çin və mis Ərəb-Çin Sincan sikkələri, XX əsrin əvvəllərində Çin siyasi xadimlərinin portretləri əks olunmuş qızıl sikkələr barədə təqdimatlarla çıxış ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş