Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hövsan qəsəbəsində şəhidlərin xatirəsinə yaradılmış bulaq-abidə kompleksinin açılışı olub



Tədbirdə FHN-nin İdman-Sağlamlıq Klubunun əməkdaşları da iştirak ediblər

Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Yusubov Elzar Süleyman oğlunun adının əbədiləşdirilməsi məqsədilə noyabrın 15-də Hövsan qəsəbəsində bulaq–abidə kompleksinin açılış mərasimi keçirilib.

FHN-nin İdman-Sağlamlıq Klubundan BrendSport.az saytına verilən məlumata görə, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev və rəhbər heyəti, rayon polis idarəsinin rəisi Süleyman Neymətov, rayon prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayon səfərbərlik və hərbi xidmətə xağırış idarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB-nin müavinləri, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, şəhid ailələri və qazilər iştirak ediblər.

Şanlı ordumuzun yenilməz sərkərdəsi, Ali Baş Komandanın qüdrəti və qətiyyəti ilə torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi, qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq salnaməsi igidlik dastanıdır. Düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur. Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağı daim diqqət mərkəzindədir. Şəhidlik zirvəsinə ucalanların xatirəsi xalqımızın hər bir vətəndaşının qəlbində yaşayır və həmişə də yaşayacaqdır. Polkovnik Füzuli Musayev şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək Allahdan bütün cəmi şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləmişdir.

Həmçinin, tədbirdə Vətən müharibəsi şəhidimiz Elzar Yusubovun təhsil aldığı Ə.Məmmədov adına 76 №-li tam orta məktəbin müəllim və şagird kollektivləri iştirak edərək şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Sonra isə şəhidin anası Elzar Yusubovun uşaq və gənc yaşlarından idmana olan həvəsi, sağlam ruhda yetişməsi, gözəl ailə başçısı, vətəninə, xalqına sadiqliyi, vətənin qulluğunda dayanmış müsəlləh əsgər kimi vətən müharibəsində döyüşlərdəki şücaətindən danışıb və dövlətimzin onlara göstərdiyi hər bir qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına və digər qurumların rəhbər heyyətinə oz dərin minnnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə 8 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Elzar Yusubov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.







Facebook-da paylaş

Xəbəri paylaş