Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BMTİP, Gənclər və İdman Nazirliyi və Azərbaycanın eko-icması iqlim dəyişikliyini müzakirə ediblər



Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “İqlim Hərəkatı üzrə İnnovativ Layihələrin Tətbiqi” mövzusunda tədbir keçirilib. Tədbirdə gənc eko-aktivistlər və ekologiya sahəsində çalışan dövlət qurumları əməkdaşları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

BrendSport.az saytının Gənclər Şöbəsi
xəbər verir ki, tədbirin məqsədi ekologiya və ətraf mühitin mühafizəsi sahələrində fəaliyyət göstərən dövlət qurumları, beynəlxalq təşkilatlar, gənclər və gənclər təşkilatlarını bir araya gətirərək onların bu sahədə gördüyü işlərlə tanış olmaq və gələcək əməkdaşlıqlar üçün imkan yaratmaq olub.

Tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini cənab İntiqam Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini cənab Firdovsi Əliyev və Milli Məclisin deputatı cənab Məzahir Əfəndiyev və BMTİP-nin Rezident nümayəndəsinin vəzifəsini icra edən xanım Çaru Bist iştirak ediblər.

Rəsmi hissədən sonra iştirakçılar müxtəlif mövzularda fikir mübadiləsi aparmaq imkanı qazanıblar. Mövzular arasında Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, 13-cü Dayanıqlı İnkişaf Məqsədi üçün inklüziv həllər, iqlimin gələcəyi və gənclərin ətraf mühit haqqında maarifləndirmədə rolu olub.

Tədbirdə həmçinin BMTİP, Gənclər və İdman Nazirliyi, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər və “DVC”-nin birgə təşkil etdiyi “Yer Üstündə Həyat” debat turnirinin yekun nəticələri açıqlanıb.

Sözügedən tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMTİP-nin birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə gənclərin qərarvermə proseslərində daha fəal iştirakına dəstək olmaq məqsədini daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş