Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fərqli Fərdlər" 3-cü konqresini baş tutacaq


BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 3-cü “Fərqli Fərdlər” Konqresi 17-18 aprel tarixlərində onlayn formatda keçiriləcək.

Builki konqresin fərqli cəhəti ondan ibarətdir ki, tədbirin əhatə etdiyi mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri ehtiva edəcək. Tədbir çərçivəsində əsas diqqət pandemiya ilə əlaqədar ekstremal iş şəraitində, o cümlədən hərbi əməliyyatlarda iştirak edən şəxslərin sosial-psixoloji adaptasiyası probleminə yönəldiləcək.

Konqres əsnasında ABŞ, Almaniya, Azərbaycan, Böyük Britaniya, Finlandiyadan, İsrail, İsveç və Rusiya mütəxəssislərin iştirakı ilə aşağıdakı istiqamətdə müzakirələr aparılacaq:

1) Bizim barədə bizsiz kəlməsiz – autizm haqqinda bütün məlumatlar ilk mənbədən
2) Diaqnoz - ilk addim
3) İnklüziv məktəb bu gün – miflər və realliq
4) Məktəbdən həyata - Xüsusi qayğıya ehtiyacı olan insanların məşğulluğu
5) Fərqli insanlar üçün fərqli mühit
6) Gözəgörünməz diaqnozlar - Bipolyar affektiv pozuntusu, kleptomaniya, uşaqlarda və yeniyetmələrdə Obsessiv Kompulsiv Pozuntu
7) Biz birlikdə güclüyük - Pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə kömək
8) Müharibə, pandemiya və fərqli insanlar


Konqresin tam proqramı ilə linkdən keçərək tanış ola bilərsiniz:
https://ferqliferdler.az/az-programme/

Qeydiyyat artıq açıqdır! Qeydiyyatdan keçməyə tələsin:
https://ferqliferdler.az/az-register/

Konqres haqqında ən son məlumatları almaq üçün Facebook səhifəmizi izləyin: https://www.facebook.com/ferqliferdlercongress

Ötən illər keçirilən Konqreslərdəki çıxışlar ilə linkdən keçərək tanış ola bilərsiniz: https://ferqliferdler.az/az-multimedia/39-2020.html


Facebook-da paylaş

Xəbəri paylaş