Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Natural halı”dan yay fürsətləri



Azərbaycanda xalçaçılıq tətbiqi sənət növünün ən qədim sahələrindən biridir. Ölkəmizin ərazisində aparılan arxeoloji qazıntılara və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının bənzərsizliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sərəncamlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici xalçaçılıq şirkətlətini qeyd etmək yerinə düşər. Belə şirktlərdən olan və uzun zamandır Azəbaycanda fəaliyyət göstərən Türkiyənin “Natural halı” şirkətidir.

Bu şirkətin alıcılara təqdim etdiyi xalçalar da öz rəngarəngliyi və dözümlülüyü ilə fərqlənir.

“Natural halı” bu günlərdə möhtəşəm bir aksiyaya start verib. Koronavirus pandemiyası dövründə xüsusi əhəmiyyətli sahələr hesab olunan polislər, hərbi qulluqçular (zabit, gizir, əskər və onların ailələri), tibb işçiləri (həkimlər və s.) və media işçiləri (jurnalistlər və s.) üçün maraqlı fürsətlər irəli sürüb.

Belə ki, şirkətin Babək prospekti 36-da yerləşən otlet mağazasında təklif olunan fürsətdə bir xalça alan alıcıya bir xalça “Natural halı” tərəfindən hədiyyə verilir, eyni zamanda bir xalçanın da alıcı tərəfindən bəyənilib hədiyyə kimi götürməsi imkanı yaradılır. Yəni, bir xalça alan alıcı, həm də, iki xalçanı hədiyyə kimi əldə edir.

Onu da xatırladaq ki, evdən çıxmadan internet vasitəsiylə də istədiyin xalçanı seçib sifariş vermək imkanı var. Müştəri xalçanı seçir, sifarişini verir və şirkət tərəfindən evə çatdırlıma həyata keçirilir.

“Natural halı”nın bu imkanından yararlanın və zövqünüzə uyğun xalçaları əldə edin.


Facebook-da paylaş

Xəbəri paylaş