Mingəçevirdə “Qızlar bacarır” layihəsi çərçivəsində təlim keçirilib
AFFA və UNİSEF-in birgə həyata keçirdiyi “Qızlar bacarır” layihəsi çərçivəsində futbolçu qızlar üçün BLS (basic life skills) təlimlərinə start verilib.
BrendSport.az xəbər verir ki, ilk təlim Mingəçevir şəhərində keçirilib və UNİSEF-in təyin etdiyi beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən qadın futbolunun inkişafı məqsədilə “Fundamental bacarıqlar” tədris olunub.
Qeyd edək ki, şəxsi inkişaf, özünəinam, sağlamlıq kimi bir sıra mövzuları əhatə edən təlimlərin 4 bölgədə keçirilməsi nəzərdə tutulub.
Layihədə 300-dən artıq qadın futbolçu iştirak edəcək.
Facebook-da paylaş