Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Biləsuvar rayonunda “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirildi



BrendSport.az Gənclər şöbəsi xəbər verir ki, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 01 mart 2019-cu il tarixdə Şəhər 4 saylı tam orta məktəbdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlər Proqramının Tədbirlər Planının 5.2.1. yarımbəndinin icrası məqsədilə “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev, Şəhər 4 saylı tam orta məktəbin direktoru Əli Əliyev, Polis Şöbəsinin rəis müavinləri Toğrul Mahmudov, Elman Quliyev, azyaşlılarla iş üzrə inspektor Cabir Bəşirov, Təhsil şöbəsinin metodisti Ağamməd Canıyev iştirak və çıxış edərək bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdılar. Azərbaycan dövlətinin narkomaniyaya qarşı ciddi şəkildə mübarizə apardığını, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində müxtəlif işlər gördüyünü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdilər. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladılar.
Daha sonra gəncləri maraqlandıran suallara aydınlıq gətirildi.


Facebook-da paylaş

Xəbəri paylaş