Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



GƏNCLƏR DAHA BİR UĞURLU XEYRİYYƏ ADDIMINA İMZA ATDI



BrendSport.az Gənclər şöbəsi xəbər verir ki, Cari ilin 20 fevral tarixində "Dəstək olaq" Uşaq və Gənclərin yardım təşkilatının rəhbəri Aşura Hüseynovanın təşəbbüsüylə Qəbələ rayonu Dızaxlı kənd sakini olan 4 yaşlı Tuncay Cəlilovun göz əməliyyatı keçirilib.
Qeyd edək ki, Tuncay sol gözünün görmə qabiliyətini zərbə nəticəsində itirmiş və ona “Travmatik Katarakta” diaqnozu qoyulmuşdur. Ailə çox kasıb olduğundan təşkilata müraciət etmişlər. Hər zaman dəstək əlini uzadan Aşura Hüseynova bu dəfədə əlini geri çəkmədi. Təşkilat rəhbəri Bakı şəhərində yerləşən Spero Hospitalda öz sözünü demiş həkim - oftalmoloq Anar Abdullayevə müraciət edərək əməliyatın həyata keçirilməsinə köməklik göstərmişdir. Bu əməliyyatın maddi tərəfini elə Spero Hospital klinikası və dr. Anar Abdullayev üzərinə götürmüşdür (nəzərinizə çatdıraq ki, qeyd olunan əməlliyatın qiyməti 2000 azn civarındadır). Həmin əməliyyatda birbaşa təşkilatın rəhbəri Aşura Hüseynova da iştirak etmişdir. Son məlumata görə əməliyyat olunan Tuncay Cəlilovun vəziyyəti yaxşıdır və artıq evə buraxılıb.





Facebook-da paylaş

Xəbəri paylaş