Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniyalı memarlar “F-Holding”in təşkilatçılığı ilə AzMİU tələbələri üçün master-klas keçiblər


İspaniyanın məşhur memarları Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr üçün master-klas keçiblər.

BrendSport.az saytının Gənclər şöbəsi
xəbər verir ki, İtaliya-Azərbaycan Dizayn Mərkəzində keçirilən master-klasda “Bilbao Architecture Team”in tərəfdaşları Juan Miguel Rioboo Fuentes və Peru Canada, “Fundacion Metropoli”nin London şəhər laboratoriyasının direktoru Naiara Vegara, “Ortiz Leon Arquitectos”un həmtəsisçisi Inigo Ortiz, ETSASS-ın baş memarı Jaime Otegui öz təcrübələrini gənc memar və dizaynerlərlə bölüşüblər.

Mütəxəssislər ispan memarlığının dünya memarlığına verdiyi töhfədən, müasir memarlığın formalaşdırdığı tendensiyalardan söhbət açıblar. Çalışdıqları tanınmış memarlıq şirkətləri barədə qısa təqdimatlarla çıxış edən qonaqlar özlərinin də iştirakı ilə həyata keçirilən layihələrdən bəhs ediblər.

İspan memarlar gənclərlə memarlıq və dizayn təhsili, hər iki sahədə mövcud yeniliklər və yanaşmalar, bu ixtisas sahiblərinə tələblər, gələcəyə yönəlik layihələrin hazırlanması, xarici şirkətlərin memar və dizayner seçimləri, innovativ həllərin memarlığa təsiri istiqamətində diskussiya aparıblar.

İnteraktiv formada təşkil olunan master-klasda tələbələrin sualları cavablandırılıb, toxunulan mövzularla bağlı fikir mübadiləsi aparılıb.

İspaniyalı memarlar “F-Holding”in təşkilatçılığı ilə Azərbaycana səfər ediblər.

AzMİU və “F-Holding” arasında imzalanmış memoranduma əsasən, qonaqlar Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunacaq, konfrans və konqreslər keçirəcəklər. Eyni zamanda, ispan memarların universitetin akademik heyəti ilə birgə layihələr işləməsi planlaşdırılır.


Facebook-da paylaş

Xəbəri paylaş