Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iki medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində mübarizəyə uğurla start veriblər.
BrendSport.az xəbər verir ki, yarışın ilk günündə milli komandanın hesabına iki medal yazılıb.
13 yaşadək idmançılar arasında bacarığını göstərən Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, komanda Riqaya 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.
Facebook-da paylaş