Bədii gimnastlarımız Bosniya və Herseqovinaya yollanıblar
Martın 31-dən aprelin 3-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bədii gimnastika üzrə “Suada Dilberoviç” beynəlxalq turniri keçiriləcək.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə Azərbaycan idmançıları da güclərini sınayacaqlar.
Yığma komandamızın üzvləri Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova Sarayevoda medal qazanmağa çalışacaqlar.
Bu gün komandamız Bosniya və Herseqovinaya yola düşüb
Facebook-da paylaş