Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədii gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirindən 2 qızıl medal qazanıblar

Bədii gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirindən 2 qızıl medal qazanıblar


Macarıstanda bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçirilib.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri təmsil ediblər.
Bədii gimnastlarımız iştirak etdikləri 2022-ci ilin ilk beynəlxalq yarışında onlara bəslənilən ümidləri doğruldublar.
Fərdi növdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova çoxnövçülük proqramında uğurla çıxış edərək qızıl medal qazanıblar.
Yarışda Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət qrup hərəkətləri üzrə yığma komandanın ikinci heyəti proqramını uğurla nümayiş etdirib.


Facebook-da paylaş

Xəbəri paylaş