Bədii gimnastika üzrə millimiz Macarıstanda daha bir medal qazanıb
Bədii gimnastika üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən “Gracia Fair Cup” beynəlxalq turnirində daha bir medal qazanıb.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Alina Məmmədova çoxnövçülük üzrə yarışlarda üçüncü yeri tutub.
Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medal əldə etmişdi.
Yığmamızın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlib.
Facebook-da paylaş