Balotelli çəkisinə görə komandadan uzaqlaşdırıldı
“Nitsa”nın futbolçusu Mario Balotelli müvəqqəti olaraq komandadan uzaqlaşdırılıb.
“Football İtalia”nın yaydığı xəbərə görə, buna səbəb 28 yaşlı hücumçunun artıq çəkisinin olmasıdır.
Fransa mətbuatı 189 sm boyu olan İtaliya millisinin üzvünün hazırda 100 kq çəkiyə malik olduğunu yazıb.
Qeyd edək ki, artıq çəkisinə görə İtaliya millisinin məşqçilər korpusu da Balotellini Millətlər Liqasının 2-ci turunda Portuqaliya ilə oyunda heyətdən kənarlaşdırmışdı.
Facebook-da paylaş