Mourinyodan "Liverpul" şərhi
Son 1 il ərzində transferlərə ümumilikdə təxminən 250 milyon funt sterlinq büdcə ayıran “Liverpul”ın yeni mövsümdəki çıxışı maraqla gözlənilir. “Eurosport”un məlumatına görə, son olaraq, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Milan”la oyundan sonra Mersisayd klubunun transfer siyasəti haqqında fikirlərini bölüşüb.
“Liverpul” son dönəmdə əla transferlərə imza atıb. Aldıqları hər oyunçu komandaya keyfiyyət qatacaq bacarığa sahibdi və onlar adına məmnunam. Bu transferlərdən sonra ictimaiyyət və media onlardan uğur gözləyəcək” – deyə, portuqaliyalı mütəxəssis bildirib.
Mourinyonun fikrincə, “Liverpul” bu mövsüm mübarizə aparacağı turnirlərin əsas favoritlərindən biri hesab olunmalıdı: “Çempionlar Liqasında final oynamış bir komandaya belə əlavələr etdikdən sonra bütün kuboklarda qalib olmağa ən ciddi namizəd halına gəlmək qeyri-adi hal deyil. Məncə, bu, ədalətli yanaşmadı. Deyəsən, bu mövsüm “Liverpul” Premyer Liqanın transfer rekordçusu olacaq və buna uyğun olaraq, onlardan kubok qazanmalarını gözləmək təbii bir şeydi”.
Qışda “Sauthempton”dan 75 milyon avro qarşılığında Vircil van Daykı transfer edən “Liverpul” mövsümlərarası fasilədə Fabinyo, Nabi Keyta, Xerdan Şakiri və Alissonla güclənib.
Facebook-da paylaş