Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspan azarkeşlərdən De Xeayaya güvənsizlik

İspan azarkeşlərdən De Xeayaya güvənsizlik

İspaniyalı azarkeşlərin böyük hissəsi DÇ-2018-in qrup mərhələsinin ilk turunun Portuqaliya ilə oyununda kobud səhvlə yadda qalan David De Xeanın qapıda dayanmasını istəmir.

“AS” nəşrinin keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir. Səsvermədə iştirak edən 39917 azarkeşin təxminən 50 faizi çərçivənin Kepa Arrisabalaqaya etibar edilməsinin tərəfdarıdır. 38 faiz azarkeş isə səhvə baxmayaraq, “Mançester Yunayted”in qolkiperini əsas qapıçı kimi görür. Cəmi 5322 tərəfdar isə (12 faiz) Xose Reynaya səs verib.

Qeyd edək ki, De Xea Portuqaliya ilə oyunda Kriştianu Ronaldonun 2-ci qolu zamanı kuryoz səhvə yol verərək, rəqibin 2:1 hesabı ilə önə keçməsinə səbəb olmuşdu. Qarşılaşma isə 3:3 başa çatmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş