Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi para-taekvondoçularımızdan tarixi uğur



Serbiyanın paytaxtı Belqradda keçirilən para-taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, turnirdə 3 idmançı ilə çıxış edən milli komandamızın heyətində İmaməddin Xəlilov (-70 kq) qızıl, Əbülfəz Abuzərli (-80 kq) isə gümüş medal qazanıb.

Medalların əyarına görə kişi para-taekvondoçulardan ibarət milli komandamız Avropa çempionu olaraq tarixi uğura imza atıb.

2-ci pillədə Türkiyə, 3-cü pillədə AİN qərarlaşıb.

Qeyd edək ki, milli komandamız qitə çempionatında baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparıb.


Facebook-da paylaş

Xəbəri paylaş