Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fiziki qüsurluların Dünya Oyunları start götürür



Portuqaliyanın Vila Real De San Antonio şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları keçiriləcək.

ATF-dan BrendSport.az saytına verilən məlumata görə, bu gün başlanacaq oyunlarda oxatma, yüngül atletika, üzgüçülük, stolüstü tennis və para-taekvondo idman növü yer alıb. Dekabrın 6-da başa çatacaq Oyunlarda ölkəmizı para-taekvondo milli yığma komandasının 12 üzvü təmsil edəcək.

Baş məqşçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbəliyi ilə bu gün Portuqaliyaya yollanan millinin idmançılarından Şəhmir İbadov (-62 kq, K41), Elimxan Manafov (-61 kq, K42), Nicat Müslümov (-75 kq, K42), Sadiq Həmidov (-61 kq, K43), Xəzər Mirzəyev (-75 kq, K43), Rövşən Qəhramanlı (-61 kq, K44), Əbülfəz Abuzərli (-75 kq, K44), İmaməddin Xəlilov (-75 kq, K44), Vüqar Adışirinov (+75 kq, K44), Hüseyn Həsənov (-75 kq, K44), Aynur Məmmədova (+58 kq, K44), Röyalə Fətəliyeva (-58 kq, K44) yarışlarda mübarizə aparacaq.

Xatırladaq ki, 2015-ci ildə Rusiyanın Soçi şəhərində təşkil edilən Oyunlarda para-taekvondo milli yığma komandamız uğurlu çıxış edərək 4 qızıl və 1 bürünc medala sahib olmuşdur. Komandamızın üzvlərindən -75 kq çəki7 dərəcəsində mübarizə aparan Nicat Müslümov, Namiq Abbasov (-61 kq, K42), Rövşən Qəhrəmanlı (-61 kq, K44) və Aynur Məmmədova (+58 kq, K 42) yarışın qalibi olaraq qızıl medal qazanmışlar. Aleksandr Polişuk (+75 kq, K42) isə yarımfinalda məğlub olaraq bürünc medala layiq görülmüşdür.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş