Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



OLİMPSPORT jurnalı "Qızıl 10-luq" idman mükafatının təqdimat mərasimini keçirib



BrendSport.az informasiya portalı xəbər verir ki, OLİMPSPORT jurnalı idman ailəsinin tanınmış üzvlərini bir araya gətirib. Tələbələrin də iştirak etdiyi tədbirin təşkilində əsas məqsəd gənc tələbələrin sağlam həyat tərzinə və idmana marağını artırmaq olub. Eyni zamanda ənənəvi olaraq OLİMPSPORT jurnalı tərəfindən keçirilən 2023-cü ilin "Qızıl 10-luq" idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.

Açlış üçün söz layihə rəhbəri OLİMPSPORT jurnalının baş redaktoru və AzMİU-nun İdman Klubunun rəhbəri Ramin Allahverdiyevə verilib. O, nominantları təbrik edərək OLİMPSPORT jurnalının yaşamasında onların da səbəbkar olduğunu dilə gətirdi.

Çıxış edənlər arasında jurnalın fəxri redaksiya heyətinin üzvü əməkdar jurnalist Aslan Şirəliyev, "Neftçi" İdman Klubu İctimai Birliyinin sədri Sadıq Sadıqov, ADBTİA-nin baş müəllimi Hicran Şərifov, İdman tv-nin şöbə rəisi, əməkdar jurnalist Fikrət Adıgözəlli, sərbəst güləş üzrə U20 millinin baş məşqçisi Arif Abdullayev, beynəlxalq dərəcəli hakim Tural Əliyev, yunan-Roma güləşi üzrə "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Həsrət Cəfərov, yunan-Roma güləşi üzrə millinin məşqçisi Həsən Əliyev, "Qarabağ" Futbol Klubunun üzvü Bəhlul Mustafazadənin atası və ADBTİA-nın dekan müavini dosent Novruz Əsgərov tələbələr qarşısında nitq söyləyiblər.
Sonda "Qızıl 10-luq" Mükafatı aşağıdakı nominantlara təqdim olunub.

"İlin idman hadisəsi" - Xankəndi şəhərində keçirilən "Qarabağ" - MOİK oyunu,
"İlin idman təşkilatı" - "Neftçi" İdman Klubu İctimai Birliyi,
"İlin idman müəllimi" - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi Hicran Şərifov,
"İlin idman jurnalisti" - İdman tv-nin şöbə rəisi Fikrət Adıgözəlli,
"İlin idman hakimi" - güləş üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev,
"İlin idman kanalı" - CBC Sport,
"İlin komandası" - Yunan-Roma güləş millisi,
"İlin idman xadimi" - Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Arif Abdullayev,
"İlin idmançısı" - Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Həsrət Cəfərov,
"İlin futbolçusu" isə "Millinin və "Qarabağ" ın üzvü Bəhlul Mustafazadə seçilib.


Sonda xatirə şəkili çəkilib.


Facebook-da paylaş

Xəbəri paylaş