Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Araz-Naxçıvan" üç futzalçı ilə yollarını ayırıb


"Araz-Naxçıvan" klubu üç futzalçısı ilə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vitali Borisov klubun rəsmi saytına açıqlamasında deyib.

42 yaşlı mütəxəssisin sözlərinə görə, Erik Dannilo, Xətai Bağırov və İsa Atayev komandanı tərk ediblər: “Onlara karyeralarında uğurlar arzulayırıq. Bu boşluqları doldurmalıyıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik. Mərkəz hücumçusu mövqeyinə mütləq transfer edəcəyik. Digər yeni futzalçılarımız da hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.

Baş məşqçi mövsümün ikinci yarısının hazırlıqlarına yanvarın 12-də başlayacaqlarını söyləyib: “2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq Həmin vaxt taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq”.


Facebook-da paylaş

Xəbəri paylaş