Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vüqar Həşimov Memorialının iştirakçıları mərhum şahmatçının məzarını ziyarət ediblər


Sayca 9-cu dəfə təşkil olunacaq Vüqar Həşimov Memorialının iştirakçıları II Fəxri xiyabanda məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti qrosmeysterlə bağlı xatirələrini yada salıb və onun qazandığı uğurlardan danışıb. O, Vüqar Həşimovun dünya şahmatında əldə etdiyi nailiyyətlərin hər zaman qürurla xatırlandığını bildirib: “Hər bir azərbaycanlı Vüqar Həşimovla fəxr etməlidir. Onun oyunları bu gün gənc şahmatçılar üçün bir dərslikdir. Nə qədər ki şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq”.

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov Vüqar Həşimovun adını yaşadan Şahmat Akademiyasında təhsil alanların gələcəkdə bu turnirin iştirakçısına çevriləcəyini vurğulayıb.

İsrail şahmatçı Boris Gelfand Vüqar Həşimovun dünya şahmatında özünəməxsus yeri olduğunu söyləyib. O, həmçinin bu yarışda iştirakla bağlı Azərbaycandan gələn təklifi məmnunluqla qəbul etdiyini deyib.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı bu dəfə Qəbələdə baş tutacaq. Yarışın açılış mərasimi sabah saat 13.00-da Heydər Əliyev Konqres Mərkəzində olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş