Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Loren Qryuniger: Milli Gimnastika Arenası indiyədək çıxış etdiyim ən yaxşı məkanlardan biridir

Loren Qryuniger: Milli Gimnastika Arenası indiyədək çıxış etdiyim ən yaxşı məkanlardan biridir
Milli Gimnastika Arenası indiyədək çıxış etdiyim ən yaxşı məkanlardan biridir.

BrendSport.az
xəbər verir ki, bunu Bakıda təşkil olunan bədii gimnastika üzrə dünya kuboku yarışlarının iştirakçısı isveçrəli Loren Qryuniger deyib.
Yarışların möhtəşəm keçdiyini diqqətə çatdıran isveçrəli gimnast deyib ki, Bakıdakı Milli Gimnastika Arenasında məşqlər üçün böyük sahənin, çoxlu xalçaların, lazımi işıqlandırmanın olması xoşuma gəlir. Yarışın ilk günündə proqramı yerinə yetirərkən kiçik nöqsanlara yol verdim.
“Bəlkə də həyəcan özünü göstərirdi. Təsnifat mərhələsində birinci qrupda xalçaya çıxdım, etiraf edim ki, yarışın əvvəlində çıxış etmək xoşuma gəlir. Lakin yarışdan əvvəl məşqimi gec bitirdim və lazımınca dincələ bilmədim. Yarışın ikinci günündə təsnifat mərhələsinin sonunda çıxış edəcəyəm. Buna görə də hazırlaşmaq üçün daha çox vaxt var", - deyə isveçrəli gimnast əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş