UEFA Avropa Liqası: “Feyennord” və “Yuventus” minimal hesablı qələbə qazanıblar
UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarına start verilib.
BrendSport.az xəbər verir ki, mərhələnin açılış matçında Niderlandda “Feyennord” və “Roma” komandaları üz-üzə gəliblər. Matç “Feyennord”un minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:2
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) – 1:0
“Bayer” (Almaniya) – “Union” (Belçika) – 1:1.
Qeyd edək ki, bu raundun cavab görüşləri aprelin 20-də keçiriləcək.
Facebook-da paylaş