Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Onun "Qarabağ"la matçda oynamasına təəccübləndim"



"Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı şiddətli baş ağrıları səbəbindən Türkiyə millisinin heyətindən kənarlaşdırılmışdı.
Lakin 28 yaşlı futbolçu dünən "Qarabağ"la baş tutan yoldaşlıq oyununun ikinci hissəsində meydana çıxdı.

BrendSport.az
 xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts bu məsələ ilə bağlı açıqlama verib. Almaniyalı mütəxəssis Abdulkerimin "Qarabağ"la qarşılaşmada meydana çıxmasına təəccübləndiyini deyib:

"Abdulkerim millinin toplanışı zamanı 4 günün 3-nü xəstəxanda keçirdi. Nevrologiya şöbəsinin həkimi bizə hesabat göndərdi və dedi ki, futbolçuya istirahət və iki həftəlik müalicə lazımdır.

Belə hesabatlarda həkimlərə güvənməlisiniz. Oyunçumuzu riskə ata bilmərik. Bunun əsasında qərar verdik.

Onun "Qarabağ"la matçda oynamasına təəccübləndim. Əgər müalicəsi yaxşı gedirsə və oynaya biləcək vəziyyətdədirsə, millinin düşərgəsinə gəlməyi daha məntiqli olardı".

"Qarabağ" - "Qalatasaray" qarşılaşması İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş