“Land of Fire” qarüstü polo üzrə dünya kuboku yarışlarında mübarizəyə başlayır
İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci dünya kuboku yarışlarına start verilib.
BrendSport.az xəbər verir ki, 6 kollektivin iştirak etdiyi turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir.
Yanvarın 26-da yarış öncəsi keçirilmiş yoldaşlıq oyununda təmsilçimiz ABŞ-ın “World Polo League” komandası ilə qarşılaşıb.
Yanvarın 27-də start götürəcək çempionatda komandamız ilk görüşünü “Flexjet”ə qarşı keçirəcək.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizin tarixi və mədəniyyəti təqdim olunur. Azərbaycan guşəsində xalqımızın milli mətbəxinin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş etdirilir.
Turnir yanvarın 29-dək davam edəcək.
Facebook-da paylaş