“Qarabağ” klubu “Arsenal” komandasına məğlub olub
Avstriyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.
BrendSport.az xəbər verir ki baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Arsenal” komandası ilə qarşılaşıb. Ağdam klubu Tula təmsilçisi ilə görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
“Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabı ilə məğlub edib.
Facebook-da paylaş