Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Eşli Barti ilk dəfə “Wimbledon-2021” turnirinin qalibi olub

Eşli Barti ilk dəfə “Wimbledon-2021” turnirinin qalibi olub


Bu gün tennis üzrə qadınlar arasında “Böyük Dəbilqə” seriyasından London açıq (Wimbledon) turnirinin final görüşü keçirilib.
BrendSport.az xəbər verir ki, turnirin həlledici görüşündə Eşli Barti (Avstraliya) və Karolina Plişkova (Çexiya) üz-üzə gəliblər. Görüş avstraliyalı tennisçinin - 2:1 (6:3, 6:7, 6:3) qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində Eşli Barti ilk dəfə “Wimbledon-2021” turnirinin qalibi olub.
Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə rumıniyalı Simon Xalep olub. O, zədə səbəbindən hazırkı turniri buraxmaq məcburiyyətində qalıb. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.


Facebook-da paylaş

Xəbəri paylaş