"Laporta dedi ki, narahat olma" - Kuman Messi haqda
“Barselona"nın baş məşqçisi Ronald Kuman klubla müqaviləsi başa çatan Lionel Messi haqqında danışıb.
BrendSport.az xəbər verir ki, niderlandlı mütəxəssis "Marca"Ya açıqlamasında argentinalı hücumçunun komandada qalacağına əmin olduğunu bildirib:
“Problem həll olunmasa, narahat olmağa dəyər. Əminəm ki, Laporta bu məsələ ilə məşğul olacaq. Çünki klub və La Liqa üçün dünyanın ən yaxşı oyunçusunun qalması vacibdir.
Laporta (klub prezidenti-red.) mənə dedi ki, narahat olma. Əminəm ki, Leo ilə bir neçə günə razılığa gələcəyik. Həmişə “Barsa”da qalmaq istədiyini göstərib”.
Xatırladaq ki, Messinin “Barselona” müqaviləsi iyunun 30-da bitib. 2000-ci ildən Kataloniya klubunda çıxış edən 34 yaşlı futbolçu hazırda azad agentdir.
Facebook-da paylaş