UEFA-dan milli komandalara xəbərdarlıq
UEFA Avro-2020-nin iştirakçıları olan milli komandalara xəbərdarlıq edib.
BrendSport.az -ın məlumatına görə, federasiyalara edilən müraciətdə Avropa çempionatının qaydalarına riayət edilməli və turnirin sponsorlarına hörmətlə yanaşmaq lazım olduğu xatırladılıb.
Bu xəbərdarlığa səbəb bir neçə gün əvvəl Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqbanın mətbuat konfransındakı hərəkətləridir. Sözügedən oyunçular masının üzərindəki Avro-2020-nin sponsoru olan içkiləri kənara qoyublar. Bundan sonra isə bir neçə futbolçusu eyni hərəkəti təkrarlayıb.
Turnirin direktoru Martin Kallen isə bununla bağlı açıqlamasında federasiyalara cəza verilə biləcəyini deyib: "Turnirdə iştirak edən federasiyalar qaydaları imzalayıblar. UEFA heç vaxt futbolçuları birbaşa cəzalandırmaz. Bunu daima turnirdə iştirak edən ölkələrin yerli federasiyaları vasitəsilə edirik. UEFA komandalara sponsorların turnirin təşkili və futbolun inkişafı üçün nə qədər vacib olduğunu xatırlatdı”.
Facebook-da paylaş