Ronaldonun anasından oyun proqnozu
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveiro ölkəsinin yığmasının Avro-2020-nin qrup mərhələsinin ilk turunda Macarıstanla oyunu öncəsi proqnoz verib.
BrendSport.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" səhifəsində yazıb: “Düşünürəm ki, Portuqaliya Macarıstanı 2:1 məğlub edəcək və Tanrı istəsə, oğlum qol vuracaq.
Uğurlar uşaqlar, sonda gülən komandamız olsun".
Qeyd edək ki, bu gün keçiriləcək Macarıstan - Portuqaliya görüşü Bakı vaxtı ilə saar 20:00-da başlayacaq.
Facebook-da paylaş