Messidən növbəti rekord
Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.
BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna Amerika kubokunun qrup mərhələsinin 1-ci turunda Çili ilə matçda (1:1) fərqlənməklə nail olub. O, millinin heyətində rəsmi görüşlərdə 39-cu qolunu vurub. Bununla da Messi Qabriel Batistutanı qabaqlayaraq (38 qol) Argentina yığmasının ən çox qol vuran futbolçusu olub.
Qeyd edək ki, Messi qeyri-rəsmi matçlar da daxil olmaqla ümumilikdə millinin heyətində 145 matçda 73 qol vurub.
Facebook-da paylaş