Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qabi: “Qarabağ” “Çelsi”dən xal alacaq”



“Bu gün Avropa Liqası heç nədi. Amma mənə çox şey verib. Əgər bunun üçün mübarizə aparsaq, həmişə olduğu kimi, qələbə qazanarıq”. Bu sözlər “Atletiko”nun kapitanı Qabiyə məxsusdu.

34 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən qarşılaşmanı (1:1) dəyərləndirib. O, klubun rəsmi saytına açıqlamasında zəif çıxış etdiklərini etiraf edib: “İlk 20 dəqiqəni yaxşı keçirdik, qol imkanları əldə etdik. Ancaq ümumilikdə birinci hissədə pis oynadıq. Hədəfimizə uyğun çıxış etmədik. Vəziyyəti dəyişməyə cəhd etsək də, bacarmadıq. Çox məyusuq, ancaq bu da bir təcrübədi. Dəstəklərinə görə, azarkeşlərimizə minnətdarlığımızı bildiririk. Onlar hiss etdikləri kimi davranırlar”.

Maraqlıdı ki, Qabi “Qarabağ”ın növbəti turda Bakıda “Çelsi”dən xal alacağına inanır. O, qalan 2 görüşdə də qalib gəlməyə çalışacaqlarını vurğulayıb: “Ən pisi odu ki, qrupda artıq heç nə öz əlimizdə deyil. Növbəti turda öz meydanımızda “Roma”ya qalib gəlməyə çalışacağıq və “Qarabağ” da “Çelsi”dən xal alacaq”.

Kapitan La Liqanın XI turu çərçivəsində “Deportivo” ilə keçiriləcək görüş barədə də danışıb. O, noyabrın 4-də səfərdən qalib dönməyin önəmindən bəhs edib: “Deportivo” ilə oyun vəziyyətimizi dəyişmək baxımından bir şansdı. Ayağa qalxmaq və birləşmək zamanı gəldi”.


Facebook-da paylaş

Xəbəri paylaş