Kristian Eriksendən son xəbər - Yenilənib
Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksen təcili yardım maşını ilə stadiondan aparılıb.
BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, təcili yardıma aparılarkən 29 yaşlı hücumameyilli yarımmüdafiəçi əlini başına qoyub. Bununla bağlı şəkil də yayılıb. Onun şüurunun yerinə gəldiyi ehtimal olunur.
Futbolçunun durumunun sabitləşdiyi bildirilir.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21.45-də təxirə salınan Danimarka - Finlandiya oyunun vaxtı və futbolçunun durumu ilə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Facebook-da paylaş