Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin sabiq voleybolçusu Braziliya klubu müqaviləsini yeniləyib



Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının sabiq oyunçusu Polina Rəhimova Braziliya klubu ilə müqaviləsini yeniləyib.

BrendSport.az xəbər verir ki, voleybolçu “Sesi” klubu ilə birillik müqavilə imzalayıb.

2020/2021-ci il mövsümündə də “Sesi Bauru”da oynayacaq P.Rəhimova ötən çempionatda bu komandanın liderlərindən birinə çevrilib. O, Super Liqanın sonuncu mövsümünün ən məhsuldar oyunçusu olub. Voleybolçumuz 428 xal (orta hesabla hər setə 5,28) toplayaraq bütün rəqiblərini arxada qoyub.


Facebook-da paylaş

Xəbəri paylaş