Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1 çempionatının Avstraliya Qran-Prisi koronavirus səbəbindən ləğv edilə bilər



Formula 1 çempionatının martın 13-dən 15-dək keçirilməsi nəzərdə tutulan Avstraliya Qran-Prisi komandaların əməkdaşlarından koronavirus infeksiyasına görə götürülən testlərin cavabı müsbət nəticə göstərəcəyi təqdirdə ləğv oluna bilər.

BrenSport.az xəbər verir ki, bu barədə Avstraliyanın Viktoriya ştatında səhiyyə məsələlərinə məsul olan məmur Brett Satton bildirib.

Martın 11-də “McLaren” komandasında əməkdaşların birinin və “Haas”ın iki əməkdaşının koronavirusa yoluxmasından şübhələniblər. Onlar oteldə ətraf mühitdən təcrid olunublar.

Bu gün, martın 12-də “Haas” komandasının daha iki əməkdaşı könüllü karantinə yollanıb.

“Əgər bu vəziyyət mərhələnin keçirilməsini imkansız edərsə, deməli olacağa çarə yoxdur. Biz belə qərar qəbul edəcəyik”, - deyə “Grand Prix 247” Brett Sattonun sözlərindən sitat gətirir.

Xatırladaq ki, Formula 1 çempionatının Çin Qran-Prisi koronavirusla əlaqədar, qeyri-müəyyən tarixədək təxirə salınıb.


Facebook-da paylaş

Xəbəri paylaş