Afrika tarixində ən bahalı futbolçular müəyyənləşib
Afrika qitəsinin tarixində ən bahalı futbolçular müəyyənləşib.
BrendSport.az xəbər verir ki, siyahıya yaxın günlərdə “Lill” komandasından İngiltərənin “Arsenal” klubuna 80 milyon avroya transfer olunan Kot-d-İvuar yığmasının 24 yaşlı futbolçusu Nikolas Pepe başçılıq edir. İkinci ən bahalı transfer 65 milyon avroya İspaniya “Vilyareal”ından Çinin “Beiyinq Quoan” komandasına keçən Konqo millisinin hücumçusu Kedrik Bakambu olub. Üçüncü ən yüksək dəyəri olan futbolçu isə İngiltərənin “Lester Siti” klubundan “Mançester Siti”yə keçən əlcəzairli Riyad Mahrezdir. Onun transfer qiyməti 60 milyon avrodur.
Siyahıda digər yerlərdə Pyerre-Emerik Aubameyanq (Qabon, 56 milyon avro), Naby Keita (Qvineya, 52,7 milyon), Məhəmməd Salah (Misir, 36,9), Sadio Mane (Seneqal, 35 milyon), Erik Bailli (Kot-d-İvuar, 30 milyon), İslam Slimani (Əlcəzair, 29,5 milyon) və Vilfred Boni (Kot-d-İvuar, 28 milyon) qərarlaşıblar.
Facebook-da paylaş