UFC çempionu Həbib Nurmaqomedov Poryedən başqa heç kəsi özünə rəqib kimi görmür
Döyüşçülərin Mütləq Çempionatının (UFC) qalibi Həbib Nurmaqomedov amerikalı Dastin Poryedən başqa heç kəsi növbəti döyüşdə özünə rəqib kimi görmür.
BrendSport.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı rusiyalı idmançının komandasında açıqlayıblar.
Agentliyin müsahibi deyib: “İndi yalnız bir variant var – Porye”.
Keçən istirahət günü Porye öz həmvətəni Maks Hollouey ilə görüşdə qalib gələrək müvəqqəti UFC çempionu olub. Bu titul Nurmaqomedov ilə döyüşə rəsmi iddiaçı statusu deməkdir.
Rusiyalı döyüşçü UFC Çempionatında keçirdiyi 27 döyüşün hamısını qələbə ilə başa vurub. Hazırda 9 ay müddətinə diskvalifikasiya olunmuş Həbibin növbəti döyüşü sentyabrın 7-nə planlaşdırılıb.
Facebook-da paylaş