Maruan Fellayni Belçika yığmasındakı karyerasını başa vurub
Çinin “Şandun Lunen” klubunda çıxış edən Maruan Fellayni Belçika yığmasındakı karyerasını başa vurub.
BrendSport.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi “Twitter” səhifəsi vasitəsilə açıqlama verib.
O, milli komandada 12 il yüksək səviyyədə çıxış etdikdən sonra belə bir qərar qəbul etdiyini söyləyib: “Bu qərar asan olmadı, amma kənara çəkilmək və yolu yeni nəslə vermək zamanının yetişdiyini hiss etdim. Komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıram”.
Qeyd edək ki, futbolçu Belçika millisində 2007-ci ildən çıxış edirdi.
Facebook-da paylaş