“Napoli” “Zaltsburq” klubunu böyük hesabla məğlub edib
Martın 7-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə ilk oyunlarına yekun vurulub.
BrendSport.az xəbər verir ki, mərhələnin maraq doğuran oyunu Neapoldaki “San Paolo” stadionunda oynanılıb. “Napoli” doğma azarkeşlər önündə Avstriyanın “Zaltsburq” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.
“Napoli”nin heyətində Arkadiuş Milik (10), Fabian (18) və Jerom Onguene (58 ) fərqləniblər.
Digər oyunlarda növbəti hesablar belə olub:
“Çelsi” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) - 3:0;
“Napoli” (İtaliya) - “Zaltsburq” (Avstriya) - 3:0;
“Valensiya” (İspaniya) - “Krasnodar” (Rusiya) - 2:0.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Facebook-da paylaş