“Qalatasaray”dan ayrıldı, “Fənərbaxça”ya gedir
“Qalatasaray” futbolçusu Sərdar Azizlə yollarını ayırıb.
BrendSport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 28 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
2016-cı ildən “Qalatasaray”da forma geyinən Sərdar “Fənərbaxça” klubuyla razılaşıb. Türkiyə millisinin üzvünün keçidinin rəsmən açıqlanacağı gözlənilir.
Facebook-da paylaş